DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək İrlandiya - Azərbaycan matçından öncə təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Stiven Kenni görüş barədə fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, o, millimizin yaxşı təsir bağışladığını deyib:
"Azərbaycan millisinin seçmə mərhələdəki oyunlarını izləmişik. Komanda məğlub olsa belə, yaxşı təsir bağışlayır. "Qarabağ"ın bu mövsüm avrokuboklardakı çıxışını da xüsusi vurğulamaq lazımdı. Koronavirusdan sağalan Kallum Robinson İngiltərədə klubu ilə məşq edib. O, sabah Azərbaycanla qarşılaşmada meydana çıxa bilər".
Sentyabrın 4-də Dublindəki "Aviva" stadionunda keçiriləcək İrlandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qrupda keçirdikləri öncəki matçlarda xal qazana bilməyən Azərbaycan və İrlandiya milliləri sonuncu - 5-ci yerə şərikdi.