Emin Mahmudov: "Hamı bizdən yaxşı oyun, yaxşı nəticə gözləyir"

21:44 - 3 Sentyabr 2021

Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudov DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiyaya qarşı keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, “Neftçi”nin futbolçusu bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

 

“Lüksemburqla oyunda məğlub olmağımız xoş deyildi. Sabahkı oyunda nəticə qazanmaq lazımdır. Əlimizdən gələni edəcəyik ki, evə əliboş qayıtmayaq. Hamı bizdən yaxşı oyun, yaxşı nəticə gözləyir”.

Xəbər xətti