Sentyabrın 7-də saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-Portuqaliya oyununun bilet satışından əldə olunan gəlirin 10%-i Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.
Sportal.az xəbər verir ki, AFFA və Qarabağ Dirçəliş Fondu arasında əldə olunmuş razılığa əsasən, Azərbaycan – Portuqaliya oyunundan başlayaraq, 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasının bütün ev oyunlarında bilet satışından əldə olunan gəlirin 10%-i Qarabağ Dirçəliş Fonduna ianə olunacaq.
Qeyd edək ki, ianə olunan məbləğ işğaldan azad olunan ərazilərdə futbol infrastrukturunun bərpası və inkişafı kimi məqsədlərə sərf olunacaq.
saytlarin hazirlanmasi