"Real" "Borussiya"ya icarəyə verdiyi Reynieri geri qaytarmağa qərar verib.
Sportal.az xəbər verir ki, 19 yaşlı futbolçunun Dortmund təmsilçisində cəmi 1 oyun keçirməsi Madrid təmsilçisini qane etmir. Bu səbəbdən "kral klubu" futbolçunu geri qaytarmaq fikrindədir.
"Real" 19 yaşlı müdafiəçini 2020-ci ildə "Flamenqo"dan 30 milyon avroya transfer edib. Onun "Borussiya" ilə icarə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.