Portuqaliya milli komandasının baş məşqçisi Fernandu Santuş DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçiriləcək matçdan əvvəl mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb. O, Azərbaycan millisinin yaxşı oynayacağını düşündüyünü deyib:
"Tək kimisə analiz etməmişik. Amma yaxşı keçmişi olan baş məşqçisiniz var. Bu matçda da yaxşı oynayacağınızı düşünürəm. Fikrimiz oyunda olacaq, nəinki hansısa futbolçuda".
66 yaşlı mütəxəssis millimizin müdafiədə yaxşı təsir bağışladığını bildirib:
"Azərbaycan millisi xüsusən müdafiədə yaxşıdı. Amma ümumilikdə yarımmüdafiədə də güclüdürlər. Çalışacağıq ki, yaxşı təşkilatlanmış komanda kimi oynayaq, kreativ, intensiv oyun sərgiləyək. Bəzi oyunlarda Azərbaycan yığması böyük qüvvə ilə topun gerisinə keçirdi. Ancaq bəzi görüşlərdə fərqli çıxış ediblər. Hər iki hala hazırıq".
saytlarin hazirlanmasi