"Barselona"nı fikir götürüb: "Liverpul"a 20 milyon bonus ödəyə bilər

21:21 - 6 Sentyabr 2021

Çətin günlərini yaşayan "Barselona"nın yeni problemi var.

 

Sportal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Felippe Koutinyo daha 10 rəsmi oyun keçirsə, katalonlar "Liverpul"a 20 milyon avro bonus ödəməli olacaq.

 

"Barselona" 29 yaşlı yarımmüdafiəçini "Liverpul"dan bonuslarla birgə 135 milyon avroya transfer etmişdi. Futbolçunun müqaviləsində yer alan bəndə əsasən, o, komandada 100 oyun keçirsə, katalonlar qarşı tərəfə 20 milyon avro bonus ödəməlidir.

 

"Barselona"nın 2023-cü ilə qədər sözləşməsi olan futbolçunu maliyyə problemlərinə görə oynatmayacağı gözlənilir. Koutinyo illik 13,5 milyon avro maaş alır.

 

Braziliya millisinin üzvü komandada keçirdiyi 90 oyunda 23 qol vurub, 14 məhsuldar ötürmə edib.

Xəbər xətti