"Sevilya" - "Barselona" matçı təxirə salındı

16:03 - 7 Sentyabr 2021

İspaniya La Liqasının 4-cü turunun iki oyunu bu həftə baş tutmayacaq.

 

Sportal.az xəbər verir ki, 11 sentyabr tarixində keçirilməsi nəzərdə tutulan "Sevilya" - "Barselona" və "Vilyarreal" - "Alaves" qarşılaşmaları təxirə salınıb. Bu barədə "Barselona"nın rəsmi saytı məlumat yayıb.

 

Oyunların təxirə salınmasının səbəbi DÇ-2022-nin seçmə mərhələsinin Cənubi Amerika zonasında keçirilən matçların gec olması ilə bağlıdı. Belə ki, "Sevilya" və "Vilyarreal"ın futbolçularının şərəfini qoruduğu Argentina millisi 10 sentyabr tarixində Boliviya ilə qarşılaşacaq. Klubların müraciətini qəbul edən La Liqa rəhbərliyi görüşlərin vaxtını dəyişib.

 

Matçların nə vaxt keçiriləcəyi barədə məlumat verilməyib.

Xəbər xətti