Serbiyanın Subotiça şəhərində təşkil edilən beynəlxalq turnirdə iştirak edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası turnirdə sonuncu oyununu keçirib.
Sportal.az xəbər verir ki, Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 1:1 hesabı ilə başa çatıb.
Millimizin heyətində Mehrac Baxşəli fərqlənib. Turnirin “feyr-pley” mükafatına da layiq görülən Azərbaycanın U-19 yığması yarışı 3-cü pillədə başa vurub.
saytlarin hazirlanmasi