DÇ-20220-nin seçmə mərhələsində uğursuz çıxışına davam edən Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev sosial şəbəkə hesabında paylaşım edib.
Sportal.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu məğlubiyyətlərə görə azarkeşlərdən üzr istəyib:
"Azərbaycan milli komandasının formasını geyinmək mənim üçün böyük şərəfdir. Sizi sevindirə bilmədiyimiz üçün üzr istəyirik".
Azərbaycan millisi bu gün evdə Portuqaliya millisinə 0:3 hesabı ilə uduzub. Millimiz 5 oyundan sonra cəmi 1 xal toplayıb.
saytlarin hazirlanmasi