Kuman Pyaniçin cavabını verdi

19:07 - 8 Sentyabr 2021

"Barselona"nın baş məşqçisi Ronaldu Kuman "Beşiktaş"a keçən Miralem Pyaniçlə bağlı danışıb.

 

Sportal.az xəbər verir ki, niderlandlı mütəxəssis bosniyalı futbolçunu heyətə salmaq üçün çox cəhd etdiyini deyib:

 

"Anladığım qədər Pyaniçin bizə qarşı narazılığı var. O, toplu və topsuz vəziyyətlərdə digər komanda yoldaşları rəqabətdə uduzurdu. Miralemin oynamamasında başqa səbəb yoxdur. Tez-tez Pyaniçi yoxladıq, çalışdıq, amma ondan daha faydalı futbolçuların olduğunu gördük. Əskik tərəfi nədir? Artıq onun barədə danışmaq istəmirəm. Həm də bizim futbolçu deyil. Hər kəsin düşüncəsinə hörmət edirəm. Pyaniç ilə işim bitib".

 

Pyaniç Kumanın ona hörmətsizlik etdiyini bildirmişdi.

Xəbər xətti