"Son illər başıma gələn ən gözəl hadisə "Atletiko"ya qayıtmağım oldu"

13:58 - 9 Sentyabr 2021

"Atletiko"ya qayıdan Antuan Qrizmann açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Fransa millisinin üzvü bunları deyib:

 

"Bura qayıtmağı çox istəyirdim. 10 gün ərzində yatmadığımı deyə bilərəm. O qədər xoşbəxtəm ki, bunu anlada bilmirəm. İndi isə hər şeyi meydanda ortaya qoyub, bunun dadını çıxartmalıyam. Xoşbəxt olmaq üçün "Atletiko" doğru ünvandır. Son illərdə başıma gələn ən gözəl hadisə "Atletiko"ya qayıtmağım oldu".

 

Qrizmann 2019-cu ildə "Atletiko"dan "Barselona"ya 120 milyon avroya keçmişdi. Madrid təmsilçisi 30 yaşlı hücumçunu satın alma şərti ilə icarəyə götürüb.

Xəbər xətti