"De Byazi mənə görə narahat idi" - Rüstəm Əhmədzadə

21:47 - 9 Sentyabr 2021

Azərbaycan millisinin və Ukraynanın "Minay" klubunun futbolçusu Rüstəm Əhmədzadə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 20 yaşlı hücumçu millidəki çıxışına və baş məşqçi Canni De Byazidən danışıb:

 

"Düşünürəm ki, şans hər zaman var. Amma bunun üçün çox işləmək, meydanda bütün gücünü ortaya qoymaq lazımdır. Bu halda xal və ya xallar qazanmaq olar. De Byazi ilə elə çox danışmadım. Sadəcə, mətbuat konfransında mənim haqqımda xoş sözlər deyib. De Byazi İrlandiya ilə matçda zədələndikdən sonra necə mübarizə apardığımı, ağrılara baxmayaraq, sürüşmə fəndi etdiyimi gördü.

 

Komandam hesabda öndə olduğundan sonadək oynamaq lazım idi. Çünki əvəzetmə imkanımız da qalmamışdı. Buna görə məni tərfiləyib. Deyib ki, bütün futbolçular belə oynamalıdır. Görünür, mübarizəm xoşuna gəlib. O, vəziyyətimi soruşdu. Mənə görə narahat idi. Komanda üçün lazım futbolçu olduğumu və mənə güvəndiyini bildirdi.

 

"Minay"a qayıdanda həm baş məşqçi, həm də futbolçular məni təbrik etdi. Xüsusi bir şey olmadı. Tez-tez azərbaycanlı azarkeşlər mənə yazırlar. Oyunlarımı izləyirlər".

Xəbər xətti