İrlandiya milli komandasının sabiq hücumçusu Conatan Uolters DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində yığmasının Azərbaycana qarşı keçirdiyi görüşünü dəyərləndirib.
Sportal.az xəbər verir ki, 37 yaşlı veteran futbolçu millimizə qarşı keçirilmiş matç haqda bu cür danışıb:
“Hələ də komandanın AVRO-2024 üçün hazırlandığını görmürəm. Mənə deyirlər ki, oynayırıq, bunu edirik, onu edirik. Amma mən bunu görə bilmirəm. Qurulan komanda ilə, nəticələr arasında tarazlıq var. Əgər siz komanda qurmusunuzsa, həmin komanda meydana çıxıb dominantlıq etməli, qalib gəlməlidi. Amma ortada bu yoxdu.
Bunu nə Azərbaycan, nə də Lüksemburqla matçda gördüm. Bu cür komandalarla oynayırsınızsa, meydana çıxıb qalib gəlməlisiniz. Amma biz “bəxtimiz gətirmədi, kifayət qədər oyunçumuz yoxdu” kimi cümlələr eşidirik. Onsuzda hər bir ölkə ilyarım ərzində eyni çətinliklərlə üzləşmişdi”.