"Barselona" hücumçusunu itirdi

17:38 - 13 Sentyabr 2021

İspaniyanın "Barselona" klubunda ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin hücumçusu Martin Breytveyt sıradan çıxıb. Danimarkalı forvard sol dizində olan problemə görə əməliyyat olunacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

30 yaşlı futbolçunun 3-4 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

 

Qeyd edək ki, Breytveyt bu mövsüm "Barselona" forması ilə meydana çıxdığı 3 La Liqa oyununda 2 qol vurub.

Xəbər xətti