İspaniya La Liqasının IV turunda “Real” evdə “Selta”nı 5:2 hesabı ilə darmadağın edib.
Sportal.az xəbər verir ki, madridlilərin 4-cü qolunu komandanın yeni transferi Eduard Kamavinqa vurub. Kamavinqa vurduğu qolla “Real”ın son 20 illik tarixinə debüt matçında fərqlənən 2-ci ən gənc kimi tarixə keçib. Fransalı 18 yaş 306 günlüyündə “kral klubu”nda fərqlənib.
"Real"da debüt matçındaca qol vurmuş ən gənc futbolçu isə Rodriqodu. O, 2019-cu ildə 18 yaş, 259 günlüyündə meydana çıxdığı ilk oyunda "Real"da qol hesabını aça bilmişdi.