"Real"ın fransalısı 3 həftə oynamayacaq

17:10 - 17 Sentyabr 2021

"Real"ın müdafiəçisi Ferlan Mendinin yaşıl meydanlara qayıdışı ləngilib.

 

Sportal.az xəbər verir ki, fransalı futbolçu yenidən zədələnib. 26 yaşlı sol cinah müdafiəçisinin əzələsində problem yaranıb. Buna görə də, o, 3 həftə komandasına kömək edə bilməyəcək. Mendi Fransa millisinin heyətinə də qatıla bilməyəcək.

 

Qeyd edək ki, Ferlan Mendi "Real"a 2019-cu ildə "Lion"dan transfer olub. Müdafiəçi yeni mövsümdə zədə səbəbindən meydana çıxa bilməyib.

Xəbər xətti