Ronald Kuman: "Bu komanda 8 il əvvəlki "Barselona" deyil"

12:42 - 21 Sentyabr 2021

"Barselona" La Liqannı 5-ci turunda öz meydanında "Qranada" ilə 1:1 hesablı heç-heçə edib.

 

Sportal.az xbər verir ki, qarşılaşmadan sonra Kataloniya təmsilçisinin baş məşqçisi Ronald Kuman açıqlama verib. O, hazırki komandanın 8 il əvvəlki "Barselona" olmadığını deyib:

 

"Komandanın heyətini gördüz? Nə edə bilərdik? Tiki-taka oynayaq? Nə etməyimiz lazımdırsa, onu da edirik. Bu komanda 8 il əvvəlki "Barselona" deyil. Gələcəyim haqda fikir bildirə bilmərəm. Artıq bununla bağlı danışmamaq qərarı vermişəm.

 

Qeyd edək ki, bir oyun az keçirən "Barselona" 8 xalla La Liqanın turnir cədvəlində 7-ci pillədədi.

Xəbər xətti