Azərbaycan millisi 8 qolla uduzdu

22:48 - 21 Sentyabr 2021

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası DÇ-2023-ün seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv “ASK Arena”da Danimarka millisi ilə qarşılaşıb. Slovakiyadan olan hakimlər briqadasının idarə etdiyi matç yığmamızın biabırçı məğlubiyyəti ilə başa çatıb.

 

Azərbaycan yığması qrupdakı ilk oyunda Rusiyaya uduzub.

 

Azərbaycan millisi dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda E qrupunda Danimarka, Rusiya, Bosniya və Herseqovina, Malta və Monteneqro komandaları ilə mübarizə aparacaq.

 

DÇ-2023, seçmə mərhələ

21 sentyabr

E qrupu

 

20:00 Azərbaycan – Danimarka 0:8
Qollar
: Siqne Bruun, 3; 62. Stine Larsen, 11; 26; 60. Manə Mollayeva, 43-öz qapısına. Mille Qeyl, 75. Emma Snerl, 76.
Baş hakim: Zuzana Valentova (Slovakiya).

Xəbər xətti