21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi oyunların stadionları müəyyənləşib.
Sportal.az xəbər verir ki, millimiz noyabrın 12-də Avstriya, 16-da isə Norveç komandası ilə qarşılaşacaq.
Hər iki görüş “Bakcell Arena”da keçirləcək. Oyunların başlama saatı hələlik dəqiqləşdirilməyib.
saytlarin hazirlanmasi