"Qalatasaray"dan "Rayo Valyekano"ya keçən Radamel Falkao yeni klubuna forma satışı ilə fayda verir.
Sportal.az xəbər verir ki, kolumbiyalı hücumçunun 1 həftə ərzində forması rekord şəkildə satılıb. Klub tarixində ilk dəfə bu hal yaşanıb. Fan-şopda formanın biri 80 avro təşkil edir.
Madrid təmsilçisinin prezidenti Raul Martis 35 yaşlı oyunçudan meydanda daha çox gözləntilərinin olduğunu deyib.
Falkao La Liqa klubunda keçirdiyi 2 oyunda 2 qol vurub.
saytlarin hazirlanmasi