17 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirəcək.
Sportal.az xəbər verir ki, millimiz Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək oyunda Albaniya yığması ilə qarşılaşacaq. Oyunu Rusiyadan olan hakim idarə edəcək:
Baş hakim: Marina Krupskaya (Rusiya)
Baş hakimin köməkçiləri: Ekaterina Chernova (Rusiya), Tiziana Trasciatti (İtaliya)
Dördüncü hakim: Valentina Finzi (İtaliya)