17 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində bu gün son oyununu keçirib.
Sportal.az xəbər verir ki, Albaniyanın Elbasan şəhərində keçirilən oyunda albaniyalı yaşıdları ilə qarşılaşan millimiz 3:3 hesablı heçə-heçə edib. Şəkər Piriyevanın dubl etdiyi oyunda millimizin digər qolunu Sumeyra Kəsməz vurub.
Qeyd edək ki, millimizin heyətində Lalə Abbaszadə 20-ci dəqiqədə qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edib.
saytlarin hazirlanmasi