"Atletiko"nun hücumçusu Luis Suares La Liqanın 8-ci turunda evdə "Barselona"ya 2:0 hesabı ilə qalib gəldikləri oyun barədə danışıb.
Sportal.az xəbər verir ki, uruqvaylı hücumçu bunları deyib:
"Keçmiş komanda yoldaşlarımın ağır günlər keçirdiyini yaxşı başa düşürəm. Mən də bu komandanın bir parçası olmuşam. Nələr yaşadıqlarını anlamaq çətin deyil. Qol sevincimdəki jest? Bununla Ronald Kumana bildirmək istədim ki, hələ də eyni telefon nömrəsini işlədirəm".
Ronald Kuman 2020-ci ildə "Barselona"nın baş məşqçisi təyin ediləndə Luis Suaresə zəng edərək, gələcək planlarında yer almadığını demişdi. Bu qarşılaşmada qol vuran 34 yaşlı hücumçu jestlə Ronald Kumana mesaj göndərib.
saytlarin hazirlanmasi