17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayır.
Sportal.az xəbər verir ki, millimiz bu gün Belçikada keçiriləcək oyunda Norveçin müvafiq yaş qrupundan ibarət komanda ilə qarşılaşacaq. Oyunu Bosniya və Herseqovinadan olan hakim idarə edəcək:
Baş hakim: Haris Kalyanac (Bosniya və Herseqovina)
Baş hakimin köməkçiləri: Amer Maciç (Bosniya və Herseqovina), Mişel Sildraeyers (Belçika)
Dördüncü hakim: Arthur Denil (Belçika)