"Barselona"nın Kumanı istefaya göndərməməsinin səbəbi

17:50 - 6 Oktyabr 2021

Mövsümə uğursuz başlayan "Barselona"nın baş məşqçisi Ronald Kumanı istefaya göndərməməsinin səbəbi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, katalonlar niderlandlı mütəxəssisi təzminata görə yola salmaq istəmir. Əgər 58 yaşlı mütəxəssisin müqaviləsi ləğv edilsə, klub iyunun 30-dək ona 12 milyon avro təzminat ödəməlidir.

 

Maliyyə çətinliyi yaşayan "Barselona" hazırda bu barədə düşünmür. Kumanın klubla müqaviləsi mövsümün sonunda başa çatacaq.

Xəbər xətti