"Real"ın prezidenti Florentino Peres PSJ-dən ayrılmaq istədiyini etiraf edən Kilian Mbappe ilə bağlı açıqlama verib.
Sportal.az xəbər verir ki, klub prezidenti 22 yaşlı hücumçu ilə bağlı yeniliklərin olacağını deyib:
"Yanvarda Mbappe ilə bağlı yeniliklərimiz ola bilər. Ümid edirəm ki, yanvarın 1-də hər şey həll ediləcək. Sözlərim yanlış anlaşılmasın, PSJ-yə böyük hörmətimiz var. Mbappenin qərarını gözləmək üçün yeni ilə qədər gözləyəcəyik".
Fransalı forvard PSJ-dən ayrılsa, yalnız "Real"a keçəcəyini deyib.
saytlarin hazirlanmasi