Azərbaycan - İrlandiya matçının hakimləri açıqlandı

12:35 - 7 Oktyabr 2021

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - İrlandiya oyununun hakimləri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək.

 

Görüşün baş hakimi Espen Erkas olacaq. Ona yan xətt hakimləri Kim Tomas Haqlund və Oysteyn Ytterland kömək edəcək. Dördüncü hakim funksiyasını Kay Erik Stin yerinə yetirəcək.

 

Matçın VAR hakimi türkiyəli Abdulkadir Bitigen olacaq. Ona Ali Palabıyık kömək edəcək.

 

Qeyd edək ki, Azərbaycan - İrlandiya oyunu 9 oktyabr tarixində, saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər xətti