Luis Enrike İtaliya üzərində qələbəni şərh etdi

19:19 - 7 Oktyabr 2021

UEFA Millətlər Liqasının finalına yüksələn İspaniya millisinin baş məşqçisi Luis Enrike açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, yarımfinalda İtaliyaya qalib gəldikləri oyun (2:1) barədə danışıb:

 

"İtaliyanın 2 illik məğlubiyyətsizlik seriyasını qırdığımız üçün yox, finala yüksəldiyimiz üçün sevinirik. Biz kimə qarşı meydana çıxsaq, öz oyunumuzu nümayiş etdiririk. 40-50 nəfərlik futbolçu heyətimiz var və kimlər hazır olursa, onlara dəvət yollayırıq. Öz oyunumuzu nümayiş etdirib qalib gəldik və xoşbəxtik. Finalda Belçika və ya Fransa ilə qarşılaşacağıq. Rəqibin finalda önəmi yoxdur".

Xəbər xətti