Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiyaya qarşı keçirdikləri oyunu şərh edib.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis 0:3 hesabı ilə uduzduqları oyundan sonra bunları söyləyib:
“Nəticəyə baxmayaraq, yaxşı oyun göstərdik. Birinci hissədə erkən qol buraxdıq. Bu, bizə təsir etdi. İlk yarıda 0:2 hesabı ilə geridə olsaq da, rəqibdən yaxşı oynadıq”.
İtaliyalı mütəxəssis FİFA reytinqində 50-ci pillədə yer alan komandaya qarşı oynadıqlarını xatırladıb:
“Biz 117-ci sıradayıq. Amma oyun baxımından çox böyük fərq görünmürdü. Fərq sadəcə qollarda idi”.
65 yaşlı baş məşqçi bütün futbolçuların klublardakı çıxışlarını izlədiyini sözərinə əlavə edib:
“Onların oyunlarını izlədikdən sonra çağırmışdıq. Oyunçular klublarında daha çox hazırlıq keçirlər. Biz 28 məşqi 3-4 təlim-məşq toplanışında etmişik”.
De Byazi üç gün sonra Serbiyaya qarşı görüşdə bütün ürəklərini ortaya qoymağa çalışacaqlarını deyib:
“Rəqibə hörmətlə yanaşmaq lazımdır. Biz də orda uğurlu mübarizə aparmağa çalışacağıq”.
saytlarin hazirlanmasi