DÇ-2022-nin seçmə mərhələsində oktyabrın 12-də, Rayko Mitiç stadionunda keçiriləcək Serbiya - Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib
Sportal.az xəbər verir ki, öncə media nümayəndələrinin önünə Serbiyanın baş məşqçisi Draqan Stoykoviç çıxacaq. Daha sonra millimizin çalışdırıcısı Canni De Byazi jurnalistlərin suallarını cavablandıracaq.
11 oktyabr
Serbiya milli komandası
14:15. Mətbuat konfransı (Serbiya məşq mərkəzi)
11:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Serbiya məşq mərkəzi)
Azərbaycan milli komandası
18:30. Mətbuat konfransı
19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Qeyd: Azərbaycan milli komandasının məşqi və mətbuat konfransı oyunun keçiriləcəyi stadionunda olacaq. Tədbirlərin başlanma saatı yerli vaxtla göstərilib.