UEFA Millətlər Liqası final mərhələsinin ən yaxşı oyunçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, bu ada İspaniya yığmasının kapitanı Serxio Buskets layiq görülüb. 33 yaşlı yarımmüdafiəçiyə mükafatı UEFA prezidenti Aleksandr Çeferin təqdim edib.
Qeyd edək ki, Millətlər Liqasının qalibi finalda İspaniyanı 2:1 hesabı ilə məğlub edən Fransa millisi olub.
saytlarin hazirlanmasi