Serbiyanın baş məşqçisi: "Azərbaycan problem yarada biləcək yaxşı komandadır"

17:08 - 11 Oktyabr 2021

Milli komandamız DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sabah səfərdə Serbiyanın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Draqan Stoykoviç matçdan əvvəl baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 56 yaşlı mütəxəssis Azərbaycanla oyunu ciddiyə aldıqlarını deyib:

 

"Futbolda hər şey vacibdir. Ən başlıcası qalib gəlmək üçün yaxşı futbol oynamaq lazımdır. Azərbaycana qarşı nə qədər ehtiyacımız olsa, o qədər hücumçu ilə oynayacağıq. Bu matçı ciddiyə alırıq. İndiyə qədər oynadığımız oyunlardan heç də az əhəməyyətli deyil. Bütün parametrlər baxımından vacib bir matçdır. Azərbaycan çox problem yarada biləcək yaxşı komandadır.

 

Bütün məlumatlara sahibik. Ümumilikdə 6 oyunçumuz Portuqaliya ilə oyun öncəsi cəza limitindədi. Heyət haqqında düşünmək üçün kifayət qədər vaxtımız var. Bəlkə sabah qərar verəcəyəm. Hər halda bilirəm ki, kim oynasa, əlindən gələni edəcək".

 

Qeyd edək ki, Serbiya - Azərbaycan matçı sabah Bakı vaxtilə saat 22:45-də baş tutacaq.

Xəbər xətti