Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sabah səfərdə Serbiya ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, matçdan öncə baş tutan mətbuat konfransında meydan sahiblərinin futbolçusu Filip Kostiç jurnalistlərin suallarını cavablandırıb. 28 yaşlı vinger Azərbaycan millisinə hörmətlə yanaşdıqlarını deyib:
"Lüksemburqdakı qarşılaşma daha zəif rəqiblərin olmadığını sübut edir. Böyük milli komandaların xüsusiyyəti zəif oynadıqlarında belə qalib gəlmələridir. Azərbaycanla matçdan əvvəl çox vacib bir qələbə qazandıq.
Belqradda Lüksemburqa qarşı əla dəstəyimiz var idi. Ümid edirəm ki, azarkeşlər çərşənbə axşamı bizə mümkün qədər çox dəstək verməyə gələcəklər. Etimadı doğrultmaq üçün əlimizdən gələni edəcəyik. Hər rəqibə hörmətlə yanaşırıq. Favoritik, ancaq məsuliyyətdən qaçmırıq. Bunu meydanda göstərməliyik. Portuqaliyanın matçlarını da izləyəcəyik və onların uğursuzluğuna ümid edirik.
Serbiya həmişə daha çox qol üçün oynayır. Top fərqinin vacib olduğunu bilirik. Amma hər şeydən əvvəl oyunda qələbə qazanmağımız lazımdır. Daha çox qol vura bilsək, yaxşı olar".
saytlarin hazirlanmasi