Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin ikinci koronavirus testi neqativ çıxıb.
Sportal.az xəbər verir ki, bu barədə 24 yaşlı hücumçunun çıxış etdiyi “Legiya” klubunun mətbuat xidmətinin rəhbəri İzabela Kruq “tvitter” hesabında paylaşım edib. O, Mahirin ikinci koronavirus testinin nəticəsinin neqativ çıxdığını bildirib:
"Tibb işçilərimiz Mahirdən götürülən təkrar testin nəticəsinin mənfi olduğu qənaətinə gəlib. Oyunçuya peyvənd vurulub. Heç bir simptomu yoxdur".
Qeyd edək ki, AFFA-nın yaydığı açıqlamada ilk koronavirus testi müsbət çıxan Emrelinin bu gecə Serbiya ilə matçda meydana çıxmayacağı bildirilib.
saytlarin hazirlanmasi