Obradoviç 1:5 hesablı məğlubiyyəti şərh etdi

00:38 - 13 Oktyabr 2021

“İlk hissədə meydanda yox idik. Hərəkət yox idi və 3 qol da standart vəziyyətdən buraxıldı. Fasilədən sonra əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri U-21 millimizin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsində Xorvatiyaya 1:5 hesabı ilə uduzduqları oyundan sonra deyib.

 

"Səviyyə fərqini özünüz gördünüz. Xorvatiyanın bütün imkanları qolla nəticələndi. Səhvlərimiz var, onların üzərində çalışmalıyıq. Bu səhvləri necə düzəldə bilərəm? Bu, milli komandadır. Bir günə bütün səhvləri düzəltmək olmur”, - deyə o bildirib.

Xəbər xətti