Duşan Tadiç millimizlə oyun haqda danışdı

11:26 - 13 Oktyabr 2021

Serbiya milli komandasının kapitanı Duşan Tadiç millimizlə oyundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, "Ayaks"ın hücumçusu qələbə qazanmağın vacib olduğunu deyib:

 

"Sarı vərəqələrə görə diqqətli olmalıydıq. Kimin oynamasının əhəmiyyəti yoxdur. Biz bir komandayıq, oynayan hər kəs tapşırıqları yerinə yetirə bilər. Ən vacib olan qələbə qazandığımızdır.

 

Duşan Vlahoviç iki qol vurdu. Ona başqa bir qol da vuracağını dedim. Amma imkan olmadı. Ona görə penaltini özüm vurdum. Gəncdir, qarşısında çoxlu hədəflər var".

Xəbər xətti