"Barselona"nın yarımmüdafiəçisi zədələndi

17:06 - 13 Oktyabr 2021

"Barselona"nın zədəli futbolçusu Pedrinin son durumu məlum olub.

 

Sportal.az xəbər verir ki, İspaniya millisinin heyətində zədə alan 18 yaşlı yarımmüdafiəçi "Barselona"nın qarşıdakı iki oyununu buraxmalı olacaq.

 

Pedri La Liqada “Valensiya”, Çempionlar Liqasında isə Kiyev “Dinamo”suyla (Ukrayna) keçiriləcək matçlarda iştirak etməyəcək.

Xəbər xətti