Mitroviç: "İlk hissədə daha bir neçə qol vurmalı idik"

17:30 - 13 Oktyabr 2021

Serbiya milli komandasının müdafiəçisi Stefan Mitroviç millimizlə oyundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı oyunçu Azərbaycana qarşı vacib bir qələbə qazandıqlarını söyləyib:

 

"Bu, qarşımıza qoyduğumuz məqsədə doğru yeni bir addım idi. Çox vacib bir qələbə qazandıq. İlk hissənin sonunda qol buraxdığımız üçün bir az çətin oldu. O qola qədər oyunu idarə etdik. İlk hissədə daha bir neçə qol vurmalı idik. Amma hücum futboluna uyğun olaraq sakit idik. Bizim üçün ən vacib olan 3 xal qazanmaqdır. Artıq Portuqaliya ilə matça rahat gedəcəyik. Bu görüş bizim üçün finala bərabərdir. Azarkeşlərin sayəsində milli komandanın ruhu geri qayıdır. Gələcəkdə daha da böyük dəstəyə ümid edirik".

Xəbər xətti