“Real” və “Atletiko”nun oyunları təxirə salındı

22:22 - 13 Oktyabr 2021

İspaniya La Liqasının 9-cu turunun iki oyunu təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, bu həftə keçirilməli olan “Real” – “Atletik” və “Qranada” – “Atletiko” (Madrid) matçları Ali İdman Şurasının tələbi əsasında təxirə salınıb. Belə qərarın verilməsinə DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələ oyunları səbəb olub.

 

Oktyabrın 17-də keçirilməli olan bu qarşılaşmaların yeni tarixləri yaxın günlərdə açıqlanacaq.

Xəbər xətti