Qadınlardan ibarət Azərbaycan milli komandasının Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Monteneqro millisinə qarşı keçirəcək oyunu idarə edəcək hakimlər müəyyənləşib.
Sportal.az xəbər verir ki, oktyabrın 21-də Podqoritsada keçiriləcək Monteneqro - Azərbaycan qarşılaşmasını Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək:
Baş hakim: Kristina Georgieva
Baş hakimin köməkçiləri: Ekaterina Marinova, Pavleta Rashkova
Dördüncü hakim: Kristiyana Guteva