İspaniyanın "Barselona" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi Pedri ilə sözləşmənin müddətini uzadıb. Yeni müqaviləyə əsasən, 18 yaşlı yarımmüdafiəçi 2026-cı ilədək La Liqa klubunun şərəfini qoruyacaq. Gənc oyunçunun sərbəst qalmaq məbləği 1 milyard avro təyin olunub.
Qeyd edək ki, Pedri "Barselona"ya 2020-ci ilin yayında "Las Palmas"dan transfer olunub. İspaniya millisinin üzvü "Barsa"nın heyətində meydana çıxdığı 56 oyunda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi