"Barselona" Matiç üçün təklif yollayacaq

22:46 - 18 Oktyabr 2021

"Barselona" "Mançester Yunayted"in futbolçusu Nemanya Matiçi heyətinə qatmaq istəyir.

 

Sportal.az "The Sun" nəşrinə istinadla xəbər verir ki, katalonlar qış fasiləsində serbiyalı yarımmüdafiəçi üçün "qırmızı şeytanlar"a təklif göndərəcək.

 

Matiçin Mançester klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. 33 yaşlı futbolçu 2017-ci ildən "Mançester Yunayted"də çıxış edir.

Xəbər xətti