"Barselona" Fatiyə 1 milyard avro qiymət qoydu

12:07 - 21 Oktyabr 2021

İspaniyanın "Barselona" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi Ansu Fati ilə müqaviləni uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 18 yaşlı hücumçunun yeni sözləşməsi 2027-ci ilin iyununa qədərdir.

 

İspaniya millisinin də üzvü olan gənc oyunçunun təzminat məbləği isə 1 milyard avro qiymətləndirirlib.

 

Gənc hücumçu imza mərasimindən sonra klubun televiziyasına açıqlama verib. O, çox xoşbəxt olduğunu deyib:

 

"Çox xoşbəxtəm. Sevdiyim klubumda davam edirəm. Bu fürsəti mənə verən, burada böyüməyimi təmin edən hər kəsə minnətdaram. Bu gün özəl gündü. "Barselona" forması ilə hər şeyi qazanmaq istəyirəm".

 

Qeyd edək ki, Kataloniya klubunun yetirməsi olan Ansu Fati 2019-cu ildən əsas komandada çıxış edir. Lionel Messinin gedişindən sonra 10 nömrəli formanı geyinən futbolçunun klubu ilə əvvəlki müqaviləsi 2022-ci lin yayına qədər idi.

Xəbər xətti