"El Klasiko"nun hakimləri məlum oldu

17:30 - 21 Oktyabr 2021

İspaniya La Liqasının 10-cu turu çərçivəsində baş tutacaq "Barselona" - "Real" matçının hakimləri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, "El Klasiko"nu Xose Mariya Sançes Martinesin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Yan xətt hakimləri Raul Martines və Joze Qarsiya olacaq. Dördüncü hakim funksiyasını Joze Martines Montalban yerinə yetirəcək. VAR-da isə Qonsales Qonsales olacaq.

 

Qeyd edək ki, "Barselona" - "Real" görüşü oktyabrın 24-ü, Bakı vaxtilə saat 18:15-də start götürəcək.

Xəbər xətti