Millinin baş məşqçisi: "Planda belə bir məğlubiyyət yox idi, buraya xal almağa gəlmişdik"

20:54 - 21 Oktyabr 2021

Qadın futbolçulardan ibarət komandalar arasında Dünya çempionatının seçmə mərhələsində keçirilmiş Monteneqro - Azərbaycan oyunundan sonra milli komandamızın baş məşqçisi Siyasət Əsgərovun fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, o, komandasının şanslardan istifadə edə bilmədiyini bildirib:

 

"İki fərqli hissə oynadıq. Birinci hissənin əvvəlində səhv etdik və rəqib bu səhvdən istifadə edib qol vurdu. Qoldan sonra toparlanmağa başladıq və çalışdıq ki, qol vuraq. Təəssüf ki, bu, alınmadı. İkinci hissədə sistemdə bəzi dəyişikliklər etdik və rəqibi meydançada sıxmağa başladıq ki, müdafiədən çıxa bilməsin. İkinci hissəyə çox yaxşı başlamışdıq, qol vurmaq üçün imkanlarımız oldu. Lakin bu şanslardan istifadə edə bilmədik. Məğlub olmamaq üçün komanda irəli atılmışdı, ancaq təəssüf ki, ikinci qolu buraxdıq.
Planda belə bir məğlubiyyət yox idi, buraya xal almağa gəlmişdik".

Xəbər xətti