19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün qrupda son oyununu keçirib.
Sportal.az xəbər verir ki, İtaliyada keçirilən oyunda komandamız Polşa yığması ilə qarşılaşıb. Millimiz rəqibinə 0:2 hesabı ilə uduzub və qrupda sonuncu olub.
Azərbaycan millisi seçmə mərhələdə daha əvvəl keçirdiyi iki oyunda da uduzub. Yığma İtaliyaya 0:9, Norveçə isə 0:7 hesabıyla məğlub olub.
Azərbaycan U-19 – Polşa U-19 0:2
Qollar: Kinqa, Bişçad, 50. Katya Skupien, 90+1.
Baş hakim: Luiza Tompson