Ançelotti: "Təqvim düzəldilməsə, meydana buraxmağa futbolçu tapmayacağıq"

23:23 - 27 Oktyabr 2021

"Real"ın baş məşqçisi Karlo Ançelotti açıqlama verib.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis sıx təqvimdən şikayətlənib:

 

"Son zamanlar efirdə çox futbol oyunu yayımlanır. Buna bir azarkeş kimi sevinirəm. Ancaq bəzi matçların keyfiyyəti olduqca aşağıdır. Təqvimdə çox oyun olduğunu düşünürəm. Bu, düzəldilməlidir. FIFA və UEFA bu barədə ciddi düşünməlidir. Çünki bu gedişlə meydana buraxmaq üçün sağlam futbolçu tapmayacağıq".

Xəbər xətti