"Barselona"da Kuman dönəmi rəsmən bitdi

11:13 - 28 Oktyabr 2021

"Barselona" baş məşqçisi Ronald Kumanla yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 58 yaşlı mütəxəssis ötən gecə La Liqada "Rayo Valekano" ilə matçdan (0:1) sonra istefaya göndərilib.

Kuman 2020-ci ildən bu Kataloniya təmsilçisini çalışdırırdı.

"Barselona" bu mövsüm La Liqada 10 matda 15 xal toplayıb və turnir cədvəlində 9-cudu.

Xəbər xətti