Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin köməkçilərindən olan Benite Karbone şəxsi instaqram hesabında "Parma"da oynadığı dövrləri xatırlayıb və İtaliyanın tanınmış məşqçilərindən olan Çezare Prandelli barədə paylaşım edib.
Sportal.az xəbər verir ki, millimizin məşqçisi 64 yaşlı mütəxəssis barədə bunları yazıb: "Mükəmməl və qalib qrupu, kollektivdə yaradıcı işbirliyi əlaqələrini diqqətli və fədakarlıqla təsvir etmək üçün müstəsna bacarığı olanlar tərəfindən yaradılır. Məhz bu məşqçi də Çezare Prandellidi. O, 22 nəfərdən ibarət komandanı, əsl kişilər qrupu yaratmaqla özünü sübut etdi!"
Xatırladaq ki, Benito Karbone 2003/2004 mövsümündə "Parma"da Prandellinin rəhbərliyi altında çıxış edib.
saytlarin hazirlanmasi