"Barselona"nın hücumçusu Ansu Fatinin durumuna aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, 19 yaşlı forvardın zədəsinin ağır olmadığı açıqlanıb.
İspaniya La Liqasının X turunda "Real№la (1:2) ev oyununda sağ dizindən xəsarət alan İspaniya millisinin üzvü əməliyyat olunmayacaq. Həkimlər onun 7-10 gün ərzində tam sağalacağını və komandaya qoşulacağını açıqlayıb.
Ansu Fati ötən ilin sonlarında zədələndiyi üçün uzun müddət kollektivdən ayrı qalmışdı.